EN

Azərbaycanda pasportu olan qoyunların sayı azalıb

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 17 min 386 baş damazlıq qoyun və keçi qeydə alınıb. Bu barədə yeniavaz məlumat hazırlayıb. 

Sürünün 9 min 452 başı və ya 54 %-dən çoxu dişi heyvanlardır.


Damazlıq qoyun və keçilərin sayı əvvəlki illə müqayisədə 5 min 798 baş və ya 25 % azalıb.


Damazlıq qoyun və keçilər əsasən aran rayonlarında cəmləşib. Ən yüksək göstərici Ağcabədi rayonunda – 3 050 baş, ən aşağı göstərici isə Xəzər rayonunda – 68 baş qeydə alınıb. Bu iki rayon arasındakı fərq təxminən 45 dəfədir.

Rayonlar üzrə bölgü belədir:

Ağcabədi – 3 050 baş

Tovuz – 2 780 baş

Neftçala – 2 355 baş

Saatlı – 2 068 baş

Ağdam – 1 773 baş

Zərdab – 1 496 baş

Beyləqan – 1 109 baş

Ağdaş – 815 baş

Lerik – 358 baş

Xəzər – 68 baş

İlk dörd rayon (Ağcabədi, Tovuz, Neftçala və Saatlı) birlikdə 10 min 253 baş damazlıq heyvan saxlayır ki, bu da ümumi sayın təxminən 59 %-ni təşkil edir. 


“Damazlıq heyvandarlıq haqqında” qanuna görə, damazlıq heyvanlar mənşəyi məlum olan, dövlət damazlıq kitabında qeydə alınan, damazlıq pasportu verilmiş, yüksək məhsuldarlığa malik və seleksiya məqsədilə istifadə olunan cins heyvanlar hesab olunur.

 

Chosen
50
3
anews.az

4Sources