EN

UEFA Millətlər Liqası:

Bu gün UEFA Millətlər Liqasında yeni mövsümün püşkü atılacaq. Metbuat.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək tədbirdə D Liqasına yuvarlanmış Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşəcək.Püşkatmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.Ayxan Abbasovun baş məşqçisi olduğu yığmamız püşkatmada 1-ci səbətdə yer alacaq. Komandamız 3 komandadan ibarət qrupda rəqibləri ilə ev-səfər prinsipi ilə 4 oyun keçirəcək.D Liqasının son iki komandası gələn ay baş tutacaq pley-off görüşləridən sonra dəqiqləşəcək.Qeyd edək ki, turnirdə yeni mövsüm sentybarın 24-də start götürəcək.UEFA Millətlər Liqası. 2026/2027-ci illər mövsümüA Liqası1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, TürkiyəB Liqası1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, KosovoC Liqası1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya/Cəbəllütariq cütünün qalibi, Lüksemburq/Malta cütünün qalibi, Moldova, San MarinoD Liqası

1-ci səbət: Azərbaycan, Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu
2-ci səbət: Lixtenşteyn, Andorra

Chosen
16
24
metbuat.az

10Sources