EN

ABŞ Avropadakı hərbi qüvvələrini azaltmayacaq - Politico

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa müttəfiqlərinə oradakı Amerika hərbi qüvvələrinin azaldılmayacağına dair zəmanət verib.

Missiya.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon və NATO rəsmiləri təsdiqləyiblər ki, ABŞ resurslarının əhəmiyyətli bir hissəsinin Qərb yarımkürəsinə köçürülməsi ilə bağlı geniş yayılmış narahatlıqlara baxmayaraq, ABŞ regiondakı mövcudluğunu kəskin şəkildə azaltmaq niyyətində deyil.

Qeyd edək ki, Amerikanın Avropadakı hərbi mövcudluğunun tədricən azaldılması ilə bağlı ilk ehtimallar ötən il ortaya atılıb.

İlahə Qənbərli

Missiya.Az

Chosen
9
missiya.az

1Sources