EN

Cey Di Vens Cənubi Qafqaza səfərinin yekunları üzrə video paylaşıb

ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Azərbaycan və Ermənistana səfərinin yekunları üzrə video paylaşıb.

"Far.Az" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, vitse-prezidentin səfəri tarixi əhəmiyyət daşıyır və sülhün möhkəmləndirilməsinə yönəlib.

"Bu məhz ABŞ Prezidenti Donald Trampın xarici siyasətində sadiq olduğu məsələlərdəndir. Prezident Tramp və mən bu tərəfdaşlığa sadiqik", - C.Vens qeyd edib.

Chosen
21
3
far.az

7Sources