EN

Şahzadə Endryu kral ailəsinə 12 milyon funt sterlinq borcludur susdurma ödənişi edib

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzor kral ailəsinə amerikalı Virciniya Cufreni susdurmaq üçün xərclənmiş 12 milyon funt sterlinq (16,3 milyon dollar) məbləğində pul borcludur.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Sun" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Cufre şahzadə Endryunu ittiham edərək bildirib ki, o, 17 yaşında olarkən cinsi əlaqəyə məcbur edildiyi bir neçə kişidən biri olub.

Qalmaqalı həll etmək üçün Endryu, nəşrin məlumatına görə, anası – Böyük Britaniyanın mərhum kraliçası II Elizabetdən (1926–2022) 7 milyon funt sterlinq, onun həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filipin (1921–2021) fondundan isə 3 milyon funt sterlinq borc götürüb. Qardaşı ona əlavə 1,5 milyon funt sterlinq verib, qalan məbləğ isə kral ailəsinin digər üzvləri tərəfindən təmin olunub.

Lakin mənbənin sözlərinə görə, “Endryu bu barlardan indiyədək bir qəpik də geri qaytarmayıb”.

2019-cu ildə amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı qalmaqal fonunda şahzadə Endryu kral ailəsinin rəsmi üzvü kimi vəzifələrini icra etməkdən imtina etməyə məcbur olub. Bu qərar Cufrenin ona qarşı irəli sürdüyü ittihamlardan sonra verilib.

2022-ci ildə kraliça II Elizabetin qərarı ilə şahzadə fəxri hərbi titullarından və bir sıra ictimai təşkilatların himayədarı statusundan məhrum edilib. 17 oktyabr 2025-ci ildə Endryu York hersoqu titulundan istifadəni dayandıracağını açıqlayıb. 30 oktyabrda isə Bukinqem sarayı onun doğulduğu zaman verilmiş “şahzadə” titulundan da məhrum ediləcəyini bildirib. Bu qərar Epşteynlə dostluğu barədə yeni materialların dərc olunmasından sonra qəbul edilib.

Uzun illər ərzində Endryu Mauntbetten-Vindzor Cufrenin ittihamlarını rədd edib. Lakin Cufre ABŞ-da ona qarşı məhkəmə iddiası qaldırdıqdan sonra tərəflər məhkəmədənkənar razılığa gəlib və şahzadə amerikalı qadına kompensasiya ödəyib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
icma.az

1Sources