EN

"Qarabağ" - "Nyukasl" oyununun biletləri satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının "Play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” (İngiltərə) oyununun biletləri 12 fevral, saat 12:00-dan etibarən satışda olacaq.

Apasport.az xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Standart biletlərin qiyməti:

10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

Murad Məmmədov: "ÇALIŞACAM Kİ, ETİMADLARI DOĞRULDUM"

Domi Massumo: "Futbolda bəzən şans lazımdır"

AFFA "Neftçi"ni CƏZALANDIRIB

AFFA-dan “Turan Tovuz”a 12500 manat cərimə!

AFFA İntizam Komitəsinin iclası keçirilib

Chosen
48
21
apasport.az

10Sources