EN

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

“Coral Energy” şirkətinin təsisçisi və direktorunu Putinin yaxın adamı “Rosneft” şirkətinin baş direktoru İqor Seçinlə nə bağlayır?

“Qərbin sanksiyalarına baxmayaraq, Rusiya neft ixracından gəlir əldə etməyə davam edir və bu gəliri özünün aqressiv hərbi fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə edir”. Musavat.com xəbər verir ki, bu barədə UNIAN-ın araşdırmasında deyilir.

Bildirilir ki, Avropa Birliyinin sanksiya siyahısına daxil edilməsi planlaşdırılan təşkilatlardan biri də “Coral Energy” Rusiya neft sektoru ilə sıx əlaqəli şirkətlər şəbəkəsinə daxildir. “Coral Energy and Company” gordonua.com saytının da diqqətini çəkib. Müəllif Tatyana Stejar qeyd edir ki, “Coral Energy” şirkəti Tahir Qarayev tərəfindən 2010-cu ildə təsis edilib. 2023-cü ilin may ayına qədər Qarayev şirkətin səhmlərinin 100%-nə mürəkkəb korporativ struktur vasitəsilə sahib olub. Onun holdinq şirkəti Novus Middle East DMCC (BƏƏ), Vetus Investments Limited (BƏƏ) vasitəsilə “Coral Energy” şirkətinə nəzarət edirdi. Lakin Qərbin sanksiyalarından yayınmağa kömək edən şirkətlərə artan təzyiq altında Qarayev Novus Middle East DMCC səhmlərinin 60%-ni “Coral Energy” rəhbərliyi tərəfindən idarə olunan “Pura Vida Holding Limited” (BƏƏ) şirkətinə ötürüb. Maraqlıdır ki, bu təşkilatın əsas menecerlərindən biri Qarayevin qohumu Anar Mədətlidir. Lakin 2024-cü ilin iyul ayında səhmlərin rəsmi şəkildə ötürülməsinə baxmayaraq, Qarayev “Coral Energy” şirkətini etibarnamələr vasitəsilə idarə etməyə davam edir”, – deyə araşdırmada bildirir.

Тахир

Ukrayna Gələcək İnstitutunun həmtəsisçisi və iqtisadi proqramlar direktoru Anatoli Amelin qeyd edir ki, Qarayev Kremlin əsas “meneceri”, qanunsuz Rusiya prezidenti Vladimir Putinin “kölgə donanması” və “kölgə neft dollarları” üçün işləyir. Onun sözlərinə görə, “Coral Energy” şirkətinin təsisçisi və direktoru ofşor şirkətlər şəbəkəsi vasitəsilə çoxsaylı törəmə müəssisələrə sahibdir və Rusiya hakimiyyəti ilə, xüsusən də “Rosneft” şirkətinin baş direktoru İqor Seçinlə sıx əlaqələr saxlayır.

“Şəxslər və onların aktivləri arasındakı əlaqələr göz qabağındadır: Tahir Qarayev və Anar Mədətli əsl sahiblərini gizlətmək üçün müxtəlif şəxslər tərəfindən rəsmi olaraq nəzarət edilən “Coral Energy” və “Polar Energy” şirkətlərini idarə edirlər; Ədalət Kərimov və Əhməd Kərimov “Coral Energy” şirkətinin əməliyyatlarını əlaqələndirməklə məşğuldurlar. Rusiyanın enerji aktivləri üzərində dövlət nəzarəti ilə əlaqəli əsas fiqurlardan biri olan İqor Seçin beynəlxalq sanksiyalardan yayınmaq üçün “Coral Energy” şirkətindən istifadə edir. Bu, həm sanksiyalara, həm də cinayət məsuliyyətinə cəlb edilməli olan əsas şəxslərin kifayət qədər əhatəli siyahısıdır. Amma dünya və Ukrayna onları çətinliklə görür”, – deyə Amelin vurğulayır.

Araşdırma müəllifi sanksiyalara baxmayaraq, Rusiyaya neft ticarətində kömək edən bir sıra şirkətləri aşkar edib. Bunlara Voliton DMCC, Pontus Trading DMCC, Nord Axis Ltd, Polar Energy SA və Alpen Energy MMC daxildir.

Amelin qeyd edib ki, Qarayev Ukrayna Prezidenti Zelenski və ABŞ tərəfindən sanksiyalara məruz qalıb, lakin o, nəzarət etdiyi şəxslər və şirkətlər vasitəsilə biznes imperiyasını idarə etməyə davam edir. O, həmçinin Türkiyə prokurorluğu tərəfindən axtarışdadır. Buna görə də o, şirkətlərini yenidən qeydiyyata almağa və yenidən satmağa başlayıb. Bütün bu şirkətlər, mürəkkəb və qeyri-şəffaf bir şəbəkənin bir hissəsi olaraq, Rusiya neftini tədarük etməyə davam edir.

İnternet üzərindən araşdırmamızdan bəlli oldu ki, bu şirkətin adı hələ 2023-cü ildə sanksiya altında olan neftin daşınmasından hallanıb. Elə o vaxt, konkret olaraq 2023-cü ilin oktyabrında bu yazıda da adı xatırlanan “Coral Energy” nin maliyyə direktoru kimi təqdim edilən Əhməd Kərimov haqqın.az saytına geniş müsahibə verib.

O, həm müsahibədə Tahir Qarayev haqda da məlumat verib.

Sitat: “Tahir əslən Azərbaycandandır. O, Türkiyənin aparıcı universitetlərindən biri olan Yaxın Şərq Texniki Universitetini biznes idarəçiliyi üzrə bitirib. O, həmçinin Oksford Universitetindən İcraçı MBA dərəcəsinə, Parisdəki HEC Biznes Məktəbindən Beynəlxalq Maliyyə Bazarları üzrə magistr dərəcəsinə və ESCP Avropa Biznes Məktəbindən Enerji Bazarları üzrə MBA dərəcəsinə malikdir. Coral Energy-ni qurmazdan əvvəl maliyyə idarəetməsi sahəsində yüksək vəzifələrdə çalışıb. 2009-cu ildə Tahir neft-kimya məhsullarının satışında ixtisaslaşmış öz şirkətini, 2010-cu ildə isə “Coral Energy” ni təsis edib. O, şirkəti uğurla qlobal səviyyəyə qaldırıb və şirkət rəhbərliyinə orada pay əldə etməyə imkan yaradıb”. “Şirkətin Azərbaycan və ya Rusiyadakı yüksək vəzifəli şəxslərlə hər hansı əlaqəsi varmı” sualına Əhməd Kərimov belə cavab verib: “Şirkətin Azərbaycan və ya Rusiyadakı yüksək vəzifəli şəxslərlə heç bir əlaqəsi yoxdur”.

Musavat.com

Chosen
16
1
editor.az

2Sources