EN

Sürücünün diqqətsizliyi işıqforu yararsız vəziyyətə saldı VİDEO

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Cebheinfo.az”-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, işıqforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili işıqfora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində işıqforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
119
cebheinfo.az

1Sources