EN

Bakıda “pub”da çəkilən əxlaqsız görüntülərlə bağlı tədbir görüldü

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Nərimanov rayonunda yerləşən əyləncə məkanlarından birində qeyri-etik görüntülər çəkərək sosial şəbəkələrdə paylaşan gənc qanun qarşısında cavab verməli olub. Fətəlixan Xoyski küçəsindəki "pub"da çəkilən və cəmiyyətdə ciddi narazılıq doğuran həmin videolarla bağlı polis tərəfindən dərhal araşdırmalara başlanılıb. Məlum olub ki, bu görüntüləri instaqram səhifəsində yayan şəxs Tərtər rayon sakini, 2001-ci il təvəllüdlü R.Hüseynlidir.Demokrat.az xəbər verir ki, saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə müqavimət göstərən gənc barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib. Qeyd edək ki, bu maddə cəmiyyətə qarşı açıq hörmətsizlik, internet resurslarında milli-mənəvi dəyərlərə zidd olan və ictimai mənəviyyatı təhqir edən hərəkətlərin nümayişinə görə məsuliyyəti nəzərdə tutur. Sözügedən bənd qanunvericiliyə cəmi bir neçə həftə əvvəl əlavə edilib.Məhkəmə qarşısına çıxarılan R.Hüseynli törətdiyi əməldən peşman olduğunu və görüntüləri özünün paylaşdığını etiraf edib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs edilib. Bu qərar sosial media platformalarında etik normaları pozan şəxslər üçün ciddi xəbərdarlıq kimi qiymətləndirilir. (qafqazinfo)Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
71
demokrat.az

1Sources