Böyük Britaniyanın müdafiə naziri Con Heyli Ukrayna üçün ABŞ-dən silah almaq məqsədilə 500 milyon funt sterlinq (681,5 milyon dollar) ayıracağını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşündə çıxış edərkən bildirib.
"Nazir Heylidən eşitdik ki, Böyük Britaniya PURL təşəbbüsünün (ABŞ-dən Avropa vəsaitləri hesabına Ukrayna üçün silah alınması – red.) bir hissəsi olaraq Ukraynaya dəstək üçün 500 milyon funt sterlinq ayırmağa hazırdır", - deyə o bildirib.
Rutte daha sonra aydınlaşdırıb ki, bu 500 milyon funt sterlinq həm ABŞ-dən, həm də ikitərəfli əsasda hava hücumundan müdafiə sistemlərinin alınması üçün nəzərdə tutulub.
Əli Hüseynov