EN

Fermerlərə subsidiya ödənişlərinə start verilir

Bakı.Trend:

Bakı.Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişafAgentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər vəçoxillik əkmələrə görə subsidiya ödənişlərinə yaxın günlərdəbaşlayacaq.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu barədə AKİA-nın dövlət dəstəyi şöbəsininmüdiri Rəşad Fəttahov məlumat verib. Onun sözlərinə görə,subsidiyalar ilkin mərhələdə torpaq sahələri monitorinqə düşməyən,həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərinElektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdimetdikləri bəyanlar əsasında ödəniləcək. Eyni zamanda, monitorinqprosesindən uğurla keçən, aqrokimyəvi analizlər aparan, sığortamüqaviləsi bağlayan və torpaq sənədləri çıxarış olan fermerlərsubsidiya vəsaitlərini daha tez əldə edə biləcəklər.

Rəşad Fəttahov bildirib ki, cari dövrdə təxminən 899 min hektarərazidə əkin işləri aparılıb. 288 mindən çox fermer tərəfindənEKTİS-ə 639 minə yaxın bəyan daxil edilib. Hazırda bəyanların vətorpaq sənədlərinin yoxlanılması, eləcə də bölgələr üzrə sahələrinmonitorinqi prosesi sürətlə davam etdirilir. Fermerlərin siyahısıformalaşdırıldıqdan sonra subsidiya ödənişləri həyatakeçiriləcək.

Qeyd edək ki, subsidiya vəsaitləri fermer kartlarına köçürülür.Fermerlər vəsaitin 25 faizini nağd şəkildə istifadə edə, 75 faiziniisə qeyri-nağd qaydada kənd təsərrüfatı istehsal vasitələrinin -mineral gübrə, pestisid, biohumus, herbisid və toxumlarınalınmasına yönəldə bilərlər. Subsidiyalar, həmçinin meyvəbağlarında müasir suvarma sistemlərinin alınması vəquraşdırılmasına da sərf oluna bilər.

Chosen
54
18
az.trend.az

10Sources