Ukraynalı mütəxəssis Yuri Vernidubun gəlişindən sonra "Neftçi" uğurlu seriyaya qədəm qoyub. 60 yaşlı baş məşqçi paytaxt təmsilçisini Misli Premyer Liqasında 5 oyuna çıxarıb və heç birində uduzmayıb: 3 qələbə, 2 heç-heçə.
"Neftçi" Vernidubun rəhbərliyi altında həm də baxımlı oyunu ilə diqqət çəkir. Yəni otur, canın sıxılmadan oyuna bax və darıxma. Özü də qəşəng azarkeş dəstəyi altında. Qəşəng və nümunəvi...
Vernidub 2020-2022-ci ildÉ™ iÅŸlÉ™diyi "Åžerif"dÉ™ Moldova futbolu üçün tarixi nÉ™ticÉ™yÉ™ imza atıb. Tiraspol tÉ™msilçisi mÉ™hz bu tÉ™crübÉ™li mütÉ™xÉ™ssisin başçılığı altında 2021/22 mövsümündÉ™ Çempionlar Liqasının 4 tÉ™snifat mÉ™rhÉ™lÉ™sinin hamısını adlayaraq o vaxtkı qrup mÉ™rhÉ™lÉ™sinÉ™ vÉ™siqÉ™ qazanıb. Bu, Moldova futbolu üçün bir ilk olub. "Real", "İnter" vÉ™ "Åžaxtyor" kimi komandalarla eyni qrupda yarışan Moldova çempionu 7 xal toplayaraq 3-cü yeri tutub, Madridin ikonası "Santyaqo Bernabeu"da isÉ™ "Real"ı məğlub edib!Â
Həm də Don Karlonu! Müasir futbolun patriarxı Ançelottini!
Fantastika!
Cənab Vernidub, Avropa kuboklarında "Neftçi" ilə də uğurlara nail olmaq əla olardı. Niyə də olmasın?
İndi o, Azərbaycandakı 5 oyunda 11 xal toplamağı bacarıb. "Neftçi"ni qəbul edəndə paytaxt təmsilçisinin aktivində 14 oyundan cəmi 16 xal vardı. İndi xal ehtiyatı 27-ə yüksəlib və "Neftçi"nin bu mövsümün sonunda avrokuboklara getmək şansı artıb.
Gedəcəkmi? Bunu təbii ki, zaman göstərəcək. Amma o mesaj verilir və bu gün qətiyyətlə deyiləsi bir fakt var: Vernidub "Neftçi"ni özünə qaytarır və görünən budur ki, "ağ-qaralar" bu mövsüm hamıya ciddi başağrısı olacaq...
Bəli, uzun illərdir "Neftçi"yə məhz belə məşqçi lazım idi. Klub rəhbərliyi illər sonra olsa belə doğru qərar verdi. İndi qalır bir məsələ - onun işinə müdaxilə etməyərək daim dəstək olmaq.
Sizə və gözəl ölkənizə isə Slava, Yuri Nikolayeviç!
Aydın Bağırov
