EN

Millətlər Liqası: Bu gün millimizin rəqibləri bəlli olacaq

Bu gün Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olacaq.

Bizim.Media xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Yığmamız püşkatmaya D Liqasının 1-ci səbətində qoşulacaq. Burada 3 komandadan ibarət 2 qrup formalaşacaq. Bu qruplarda komandalar bir-birinə qarşı ev və səfər prinsipi olmaqla 4 matça çıxacaqlar. D Liqasında iştirak edəcək iki yığma martda baş tutacaq pley-off oyunlarından sonra dəqiqləşəcək.

UEFA Millətlər Liqası

2026/2027 mövsümü

A Liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B Liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C Liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya

4-cü sÉ™bÉ™t: Latviya – CÉ™bÉ™llütariq cütünün qalibi, Lüksemburq – Malta cütünün qalibi, Moldova,

San Marino

D Liqası

1-ci sÉ™bÉ™t: AzÉ™rbaycan, Litva, Latviya – CÉ™bÉ™llütariq cütünün məğlubu, Lüksemburq – Malta
cütünün məğlubu

2-ci səbət: Lixtenşteyn, Andorra

Pley-offda məğlub tərəf reytinqdə 49-52-ci yerlərdən birini tutsa, birinci səbətdə qalacaq. 53 və
ya 54-cü yerdə qərarlaşsa, ikinci səbətə düşəcək. Bu cütlər püşkdə həmin yerlərin sahibləri kimi təmsil olunacaqlar.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.

Bizim.Media

Chosen
14
24
bizim.media

10Sources