ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Yeni keçirilmiş sorğu NATO müttəfiqləri arasında ABŞ-a inamın kəskin şəkildə azaldığını göstərir. Sorğunun nəticələrinə görə, Almaniya, Fransa, Böyük Britaniya və Kanadada getdikcə daha çox vətəndaş Vaşinqtonu etibarlı tərəfdaş kimi görmür və ABŞ-nın demokratiyanı müdafiə etdiyinə və ya onların dəyərlərini paylaşdığına şübhə ilə yanaşır.
Reyting.az-ın məlumatına görə, Londonda yerləşən “Public First” şirkətinin araşdırması göstərib ki, sorğuda iştirak edən bütün ölkələrdə ABŞ-ı etibarlı müttəfiqdən daha çox etibarsız müttəfiq adlandıranlar daha çoxdur.
Xüsusilə, Almaniyada yetkinlərin yarısı və Kanadada 57 faizi ABŞ-ı etibarsız hesab edir. Fransada bu fikirdə olanların payı Vaşinqtonu etibarlı tərəfdaş adlandıran respondentlərin sayından iki dəfə çoxdur.
Böyük Britaniya, Fransa və Almaniyada ABŞ-a qarşı mənfi qavrayışlar əsas göstəricilər üzrə müsbət qavrayışlardan daha çoxdur: ABŞ-nın demokratiyanı müdafiə edib-etməməsi, ortaq dəyərləri bölüşüb-paylaşmaması və təhlükəsizliyin qarantı olaraq qalması.
Fransada respondentlərin yalnız 17 faizi “ABŞ bizim dəyərlərimizi bölüşür”,- ifadəsi ilə razılaşıb, 49 faizi isə əks fikir bildirib.
Almaniyada respondentlərin 50 faizi Vaşinqtonun onların dəyərlərini bölüşmədiyini və yalnız 18 faizi ABŞ-nın demokratiyanı müdafiə etdiyinə inandığını bildirib.
“Public First”in tədqiqat rəhbəri Seb Reydin sözlərinə görə, cəmi bir il əvvəl avropalılar ABŞ-ı “etibarsız, lakin tənqidi müttəfiq, düşmənləri çəkindirən” kimi qəbul edirdilər. İndi isə bildirir ki, getdikcə daha çox vətəndaş NATO daxilində transatlantik çəkindirmə ideyasına inanmır.
Münasibətlərin pisləşməsi prezident Donald Trampın siyasəti və ticarət mübahisələrindən tutmuş Qrenlandiyanın mümkün ilhaqına dair iddialara qədər bir sıra diplomatik münaqişələrlə əlaqələndirilir. Daha da gərginliyə vitse-prezident Vensin keçən il Münhen Konfransında Avropada kəskin reaksiyaya səbəb olan çıxışıdır.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.