EN

NATO ABŞ-dan asılılıq üzərində deyil, tərəfdaşlıq üzərində qurulmalıdır - Pentaqon

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) islahatlarından sonra ABŞ-dan asılılıq üzərində deyil, tərəfdaşlıq üzərində qurulmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirinin Siyasi Məsələlər üzrə müavini Elbric Kolbi bildirib.

Kolbi bildirib ki, bu gün həqiqətən də müdafiə və çəkindirməyə yönəlmiş ciddi bir ittifaq olan 'NATO 1.0'-a qayıdırıq. Onun sözlərinə görə, birlikdə hərəkət etməyin, praqmatik olmağın, çevik realizmə diqqət yetirməyin vaxtıdır. NATO rəsmisi qeyd edib ki, eyni zamanda NATO asılılığa deyil, tərəfdaşlığa əsaslanan 'NATO 3.0'-a çevrilməli və həqiqətən də NATO-nun əvvəlcə nə üçün yaradıldığına qayıtmalıdır.

"NATO 2.0"-ın Soyuq Müharibənin bitməsindən sonra ortaya çıxdığı ümumiyyətlə qəbul edilir. İndi Vaşinqton alyansı "NATO 3.0"-a çevirmək istəyir. ABŞ prezidenti Donald Tramp dəfələrlə alyansın fəaliyyətindən narazılığını bildirib. Hətta seçilməzdən əvvəl də o, Avropa tərəfdaşları öz təhlükəsizlikləri üçün daha böyük maliyyə məsuliyyətini öz üzərinə götürməsələr, ABŞ-ı blokdan çıxarmaqla hədələyib. Ötən ilin iyun ayında Haaqada keçirilən sammitdə ABŞ-ın təşəbbüsü ilə NATO liderləri müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq barədə razılığa gəliblər.

Chosen
11
ucnoqta.az

1Sources