EN

“Qarabağ” bu legionerin birdəfəlik transferindən vaz keçdi - SON DƏQİQƏ

“Qarabağ” ötən ilin iyulunda sıralarına qatdığı Sammi Mmae barədə yekun qərarını verib.

Ağdam təmsilçisi Zaqreb “Dinamo”sundan heyətinə cəlb etdiyi belçikalı mərkəz müdafiəçisinin xidmətində maraqı deyil.

Artiıq Xorvatiya tərəfinə bu haqda şifahi məlumat verilib.

“Qarabağ” icarə əsasında düşərgəsinə gələn və 1 illik müqavilə bağladığı 28 yaşlı legionerin transfer hüququnu almayacaq.

Mmaenin 21 oyunda formasını geyindiyi “Dinamo” ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var.

O, Zaqrebə 2024-cü ilin yayında Macarıstandan - “Ferentsvaroş”dan azad agent kimi keçib. Daha öncə Belçikada “Gent”, “Standard” və “Sent Trüden”də çıxış edib.

Ağdam təmsilçisinin ərəb müdafiəçi ilə iyunda vidalaşmaq istəməsinin kökündə iki səbəb dayanır. Birincisi, o, əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirmir. A

vrokuboklarda çox şans qazanmır, Premyer Liqada meydana çıxdığı matçlarda isə yaxşı heç nə ilə yadda qalmır.

İkincisi, Mmaenin maaşı kifayət qədər yüksəkdir.

“Qarabağ“ onun Xorvatiyada aldığı əməkhaqqının yalnız bir hissəsini ödəyir. Qalan pulu isə “Dinamo“ ona ödəməkdə davam edir.

SPORTİNFO.AZ

Chosen
32
sportinfo.az

1Sources