EN

Son beş il ərzində milli komandalarda ən çox fərqlənən futbolçular AÇIQLANIB

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son beş il ərzində milli yığmaların tərkibində ən yüksək məhsuldarlıq göstərən oyunçuların adları məlum olub.

Oxu.Az xəbər verir ki, müvafiq reytinq cədvəli Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən hazırlanıb.

Siyahıya Norveç yığmasının forvardı Erlinq Holand başçılıq edir. 25 yaşlı hücumçu son beş il ərzində milli formada 49 dəfə fərqlənib.

Reytinqin ikinci pilləsində İngiltərə millisinin üzvü Harri Keyn qərarlaşıb. 32 yaşlı futbolçu qeyd olunan dövr ərzində yığma komandada 46 qola imza atıb. İlk üçlüyü 44 dəqiq zərbə ilə Lionel Messi tamamlayır. Portuqaliya ulduzu Kriştianu Ronaldu isə 41 qolla siyahının dördüncü pilləsində yer ala bilib.

Oyunçu Ölkə 2021-2025 2021 2022 2023 2024 2025 1 Erlinq Holand Norveç 49 6 9 6 11 17 2 Harri Keyn İngiltərə 46 16 5 9 7 9 3 Lionel Messi Argentina 44 9 18 8 6 3 4 Kriştianu Ronaldu Portuqaliya 41 13 3 10 7 8 5 Kilian Mbappe Fransa 39 8 12 10 2 7 6 Memfis Depay Niderland 34 17 5 1 2 9 7 Mehdi Taremi İran 34 4 5 12 9 4 8 Romelu Lukaku Belçika 32 11 15 2 4 9 Sadio Mane Seneqal 32 5 8 6 6 7 10 Almoez Ali Qətər 31 10 3 8 10 11 Aymen Husseyn İraq 30 4 5 6 14 1 12 Ali Olvan İordaniya 29 4 4 1 9 11 13 Son Hın-Min Cənubi Koreya 28 4 5 6 10 3 14 Viktor Osimhen Nigeriya 27 5 5 5 3 9 15 Aleksandar Mitroviç Serbiya 27 8 8 5 2 4 16 Frantsdi Pyerro Haiti 26 7 7 7 5 17 Bruno Fernandes Portuqaliya 26 4 7 6 6 3 18 Conatan Devid Kanada 26 7 4 4 5 6 19 Yazan Ən-Naymat İordaniya 26 4 2 5 12 3 20 Dorni Romero Dominikan 25 2 3 6 12 2 21 Robert Levandovski Polşa 25 11 4 4 2 4 22 Lautaro Martines Argentina 25 6 4 11 4

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
oxu.az

1Sources