EN

İrandan sonra hədəf Türkiyədir

ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor qatıldığı proqramlardan birində Türkiyə ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Makqreqor İrandan sonra hədəfin Türkiyə olacağını iddia edib.

Onun sözlərinə görə, Türkiyə hazırda bölgədəki ən böyük maneədir və İrandan güclüdür:

"Türkiyə bir çox cəhətdən İrandan daha yaxşıdır. Onun əsl donanması, NATO-da ən yaxşı ordusu var. Növbəti addım Türkiyəni məhv etməkdir. Məsələ İsrailin istədiyidir. İranı uğurla məhv etdikdən sonra diqqət Türkiyənin məhv edilməsinə yönələcək. Türkiyə İsraillə qarşılaşacaq, bu, yəqin ki, Suriyada baş verəcək".

Chosen
74
publika.az

1Sources