EN

Ermənistanda dövlət himni ilə bağlı YENİ QƏRAR: Canlı ifa MƏCBURİ OLACAQ

Ermənistanda dövlət himni ilə bağlı yeni qərar qəbul edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Fevralın 12-də keçirilən iclasda Ermənistan hökuməti dövlət tədbirlərində himnin ifa olunma qaydasını təsdiqləyib. Bu təşəbbüslə ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan çıxış edib.

Baş nazir Nikol Paşinyan iclas zamanı televiziya kanallarında himnin köhnə səs yazılarından istifadə edilməsindən narazılığını bildirib. O qeyd edib ki, bu qərar təcrübədə aşkar edilmiş bir sıra qayda pozuntuları ilə birbaşa əlaqədardır.

Nazir Andreasyan vurğulayıb ki, yeni qaydalar dövlət özünüdərkinin qorunması və dövlət rəmzləri üçün vahid standartın təmin edilməsi baxımından olduqca vacibdir. Yeni qaydalara əsasən, dövlət tədbirlərində himnin canlı ifası artıq məcburi xarakter daşıyacaq. Bütün hallarda, xüsusilə təntənəli mərasimlərdə ifa prosesi əvvəlcədən dəqiq planlaşdırılmalı, orkestr, orkestr-xor və ya xor versiyasında təqdim edilməlidir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
116
interpress.az

1Sources