EN

İkinci Afrika Urban Forumuna hazırlıqla bağlı Keniya Hökuməti tərəfindən brifinq keçirilib (FOTO)

Bakı.Trend:

Cari il 8-10 aprel tarixlərində, Keniyanın paytaxtı Nayrobişəhərində keçiriləcək 2-ci Afrika Urban Forumuna (AUF2) hazırlıqlabağlı Keniyadakı diplomatik korpusu məlumatlandırmaq məqsədi iləKeniya Hökuməti tərəfindən brifinq təşkil olunub.

Azərbaycanın Keniyadakı Səfirliyindən Trend-ə bildirilib ki,tədbirdə Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhər inkişafınaziri xanım Alis Vahome, BMT-nin Məskunlaşma Proqramının(UN-Habitat) rəhbərliyi, Keniya Xarici və Diaspora İşləriNazirliyinin yüksək vəzifəli rəsmiləri və 40-dan çox dövlətinsəfiri iştirak edib.

Nazir Alis Vahome çıxışında ölkəsinin Afrika İttifaqı vəUN-Habitatla birgə təşkil etdiyi AUF2-nin qlobal və regionaləhəmiyyəti, aidiyyəti digər beynəlxalq platformalarla mahiyyətbaxımından yaxınlığı barədə fikirlər söyləyərkən, WUF13 ZirvəToplantısında Afrika ölkələrinin sahə üzrə fikir həmrəyliyininformalaşdırılması üçün üzv ölkələrin AUF2-də iştirakınınəhəmiyyətini vurğulayıb və Azərbaycanın təşəbbüsü ilə WUF13çərçivəsində belə bir ali toplantının keçirilməsini yüksəkqiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycanın Keniyadakı səfiri SultanHacıyev WUF13-ə ev sahibi ölkəsinin AUF2 platformasında Afrikaölkələri ilə əməkdaşlığa maraqlı olduğunu, Azərbaycanın iqlimədayanıqlı şəhərsalma və əlçatan mənzil sahəsində qlobal töhfələri,post-münaqişə dövründə bərpa və yenidənqurma, habelə humanitar minatəmizləmə sahəsində qazandığı geniş təcrübəni maraqlı tərəflərləpaylaşmaq imkanlarını dilə gətirib. O, WUF13-ə hazırlıq işləribarədə qısa məlumat verib və Zirvə Toplantısında Afrika ölkələrininmütəşəkkil və səmərəli iştirakının qitə üçün əhəmiyyətli olacağınıvurğulayıb. Həmçinin, COP29 və daha öncəsindəki bir sıra mötəbərbeynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən AzərbaycanınWUF13-ün də yüksək səviyyədə keçirilməsi üçün ciddi tədbirlərgördüyünü söyləyib.

İkinci
İkinci
Chosen
79
az.trend.az

1Sources