Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı Dövlət Təhlükəsizliyi Xidmətində dindirilərkən Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman ona verilən tapşırıqlardan danışıb.
News365.az xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı materialda məlumat verilib.