EN

Ermənistanda yanvar turizmində rekordu qeydə alınıb » AzadMedia.az

Ermənistanda


2026-cı ilin yanvar ayında Ermənistanda turizm sahəsində bütün dövrlərin ən yüksək göstəricisi qeydə alınıb. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında bildirib.

Baş nazirin sözlərinə görə, yanvar ayında ölkəyə 179 min 400 turist səfər edib ki, bu da əvvəlki illərin yanvar ayları ilə müqayisədə mütləq rekord hesab olunur. Əvvəlki ən yüksək göstərici bundan 20 min nəfər az idi.

İqtisadiyyat naziri Gevorq Papoyan qeyd edib ki, 2026-cı ilin yanvar göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 40 min nəfər və ya 29 faiz çoxdur. O bildirib ki, 2025-ci ildə may ayından başlayaraq demək olar ki, bütün aylarda rekord nəticələr əldə olunub. Yalnız sentyabr ayında ən yüksək göstərici 2023-cü ilə məxsus olub.

Nikol Paşinyan həmçinin vurğulayıb ki, 2025-ci il miqrasiya baxımından da mühüm dəyişikliklə yadda qalıb. Onun sözlərinə görə, ötən il Ermənistana qayıdan vətəndaşların sayı ölkəni tərk edənlərin sayından 8 min 600 nəfər çox olub.

Baş nazir əlavə edib ki, xarici turist axınında da ciddi artım müşahidə olunur. 2025-ci ilin nəticələrinə əsasən, xarici vətəndaşların ölkəyə gəlişi əvvəlki dövrlərlə müqayisədə 23 min nəfər artıb və ən yüksək ziyarətçi sayı qeydə alınıb. Onun sözlərinə görə, bu artım xüsusilə Yeni il bayramı günlərində daha aydın hiss olunub və bundan sonra Yeni il tədbirləri turizm məhsulu kimi qiymətləndirilməlidir.

Chosen
43
1
azadmedia.az

2Sources