EN

Deputat yeni nazir müavinləri ilə bağlı təklif verdi

Dövlət idarəçiliyində “institusional dizayn”ın gücləndirilməsi məqsədilə hər nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavinlərin təyin olunması təklif edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili danışıb:

“Dövlət idarəçiliyinə “institusional dizayn” tapşırığı: hər qurumda rəqəmsal, süni intellekt üzrə məsul müavin.

Bu, çox konkret idarəetmə həllidir: Dövət başçısı hər nazirlikdə rəqəmsallaşma, Süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavin ayrılması tapşırığını verdi (yeni ştat və ya mövcud müavinə həvalə). Bu, planın kağızda qalma riskini azaldan ən real mexanizmlərdən biridir.

Bəs nazirliklərdə bu sahə üzrə ayrılacaq müavinlər nələrə diqqət yetirməlidir? Fikrimcə, bu müavinlərin işi “kompüter, proqram almaq” yox, işi, prossesləri sadələşdirmək, rəqəmsal yanaşmaya çevirmək olacaq.

Yəni vətəndaş hansı xidmət üçün gəlirsə, onu bir neçə qapı gəzdirmədən həll etmək, lazımsız sənədləşməni azaltmaq, qurumun içindəki prosesləri kağızdan çıxarıb normal sistemə salmaq, sistemlərin bir-biri ilə danışmasını təmin etmək və ən əsası təhlükəsizliyi gözdən qaçırmamaq.

Bir sözlə, həmin müavin “IT rəhbəri” deyil, islahatçı menecer kimi işləməlidir”.


Telegram kanalımız
Chosen
103
yenisabah.az

1Sources