EN

Yoxa çıxan Nurlan Əzizbəyli özünə yeni iş TAPDI VİDEO

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir müddətdir efir və səhnələrdən uzaq düşən və "yoxa çıxan" kimi təqdim olunan sevilən müğənni Nurlan Əzizbəyli yeni fəaliyyətə start verib.

Milli.Az xəbər verir ki, sənətçi tələbə hazırlığına başladığını açıqlayıb. O, fərdi və peşəkar vokal, səs dərsləri verəcəyini bildirib.

Əzizbəylinin bu qərarı sosial şəbəkələrdə maraqla qarşılanıb. İfaçının müəllimlik fəaliyyətinə başlaması izləyicilər tərəfindən alqışlansa da, eyni zamanda müzakirələrə də səbəb olub. Bir çoxları onun səhnədəki yerinin doldurulmaz olduğunu və yenidən aktiv şəkildə ifaçı kimi çıxış etməsini arzuladıqlarını yazıblar.

Qeyd edək ki, Nurlan Əzizbəyli uzun illər Azərbaycan estradasında özünəməxsus üslubu ilə seçilib.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
2
news.milli.az

3Sources