EN

Ermənistan zəruri hesab etdiyi tərəfdaşlarla işləməkdə sərbəstdir - Rusiya XİN

“Ermənistan zəruri hesab etdiyi tərəfdaşlarla işləməkdə şübhəsiz ki, sərbəstdir, lakin Amerika texnologiyalarının lehinə edilən seçim həqiqətən də suallar doğurur”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Vaşinqtonun təklif etdiyi kiçik tutumlu nüvə elektrik stansiyaları nə ABŞ-də, nə də başqa ərazilərdə mövcuddur, - onlar hələ yalnız kağız üzərindədir.

Zaxarova qeyd edib ki, İrəvanda elan edilən 9 milyard dollarlıq kiçik modul reaktorların tikintisi layihəsi ilə bağlı heç bir konkret təfərrüat verilməyib:

“Bu, mövzuya əlavə marağa səbəb olub. Bu reaktorlar nədir və onlar artıq harada fəaliyyət göstərirlər? Bir sıra Ermənistan xəbər mənbələri bu məlumatı Vaşinqtonun respublika iqtisadiyyatına misli görünməmiş bir investisiya kimi təqdim etməyə tələsdilər. Lakin əsas məsələ layihənin maliyyə modelidir. Rusiya tərəfinin fikrincə, söhbət birbaşa ABŞ investisiyalarından deyil, Ermənistan tərəfinin ödəyəcəyi sxemdən gedir. Maliyyələşdirmənin əvvəllər elan edildiyi kimi, infrastruktur layihələrinin həyata keçirilməsi üçün yaradılan TRIPP fondu vasitəsilə həyata keçiriləcəyi güman edilirdi. Lakin hazırda fondun özü hələ yaradılmayıb”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
58
missiya.az

1Sources