EN

Müdafiə nazirləri toplandı: Əsas mövzu Rusiya və Ukraynadır

ain.az bildirir, Cebheinfo portalına istinadən.

NATO-da 32 üzv ölkəni bir araya gətirən ilin ilk Müdafiə Nazirləri Toplantısı başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, toplantının əvvəlində açıqlama verən NATO Baş katibi Mark Rutte deyib:

"Bu gün çəkindirmə və müdafiəmizi necə daha da gücləndirdiyimizi və uyğunlaşdırdığımızı, həmçinin Ukraynaya dəstəyimizi davam etdirməyi müzakirə edəcəyik".

Müttəfiqlərin müdafiə xərclərində əhəmiyyətli artımların müşahidə olunduğunu bildirən Ruttenin sözlərinə görə, iclasda çəkindirmə və NATO-nun müdafiə mövqeyinin gücləndirilməsi də nəzərdən keçiriləcək. Rutte, həmçinin Alyans daxilində müdafiə sənayesi bazasını gücləndirməyə yönəlmiş işlərin qiymətləndiriləcəyini qeyd edib:

"Bütün bunlar cənubdan Yüksək Şimal və Arktika bölgəsinə, şərqdən qərbə qədər Alyans daxilində ortaq təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb edir".

NATO-nun çəkindirmə və müdafiə üçün hər zaman vəzifə başında olduğunu vurğulayan Rutte bu səbəbdən Rusiyanın artan hərbi fəaliyyətləri və Çinin Yüksək Şimala artan marağına qarşı "Arktika Keşiyi"ni (Arctic Watch) başlatdıqlarını xatırladıb. İclasda 2025-ci il Haaqa Zirvəsində müdafiə xərclərinin artırılması istiqamətində qəbul edilən qərarlar çərçivəsində Ankarada keçiriləcək növbəti sammitin hazırlıqları müzakirə olunacaq.

Ukraynaya dəstəyin də müzakirə ediləcəyi toplantıya Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov və Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas da qatılacaq.

Nigar Hacılı

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
cebheinfo.az

2Sources