Narkotiklərlə bağlı istintaq çərçivəsində barəsində axtarış qərarı olan Enes Batur xaricdən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında jandarma tərəfindən saxlanılıb.
Bizim.Media xÉ™bÉ™r verir ki, Enes Batur barÉ™sindÉ™ “narkotik vÉ™ ya psixotrop maddÉ™lÉ™rin istehsalı vÉ™ satışı”, “istifadÉ™sinin asanlaÅŸdırılması”, elÉ™cÉ™ dÉ™ “istifadÉ™ mÉ™qsÉ™dilÉ™ narkotik vÉ™ ya psixotrop maddÉ™ almaq, qÉ™bul etmÉ™k vÉ™ ya saxlamaq” maddÉ™lÉ™ri ilÉ™ cinayÉ™t iÅŸi baÅŸlanıb.
Anadolu Respublika Baş Prokurorluğunun keçirdiyi narkotik əməliyyatı çərçivəsində, aralarında Hasan Can Kaya, Yusuf Aktaş (Reynmen) və Emirhan Çakalın da olduğu 11 nəfər saxlanılmış, daha sonra ifadələri alındıqdan sonra sərbəst buraxılmışdı.
İstanbul Anadolu Respublika Baş Prokurorluğu tərəfindən qeyd olunan maddələr üzrə istintaq başladılmışdı. Barəsində saxlanılma qərarı çıxarılan Enes Batur isə İstanbul Hava Limanında saxlanılıb.
Enes Batur saxlanılma qərarı ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayaraq bildirmişdi:
“Hazırda É™vvÉ™lcÉ™dÉ™n planlaÅŸdırılmış vÉ™ sözügedÉ™n istintaqla heç bir É™laqÉ™si olmayan, tamamilÉ™ sosial media üçün mÉ™zmun istehsalı mÉ™qsÉ™dilÉ™ bir neçə video çəkiliÅŸi üçün 25 gündür xaricdÉ™yÉ™m. Bu müddÉ™tin sonunda planlaÅŸdırıldığı kimi ölkÉ™mÉ™ qayıdacaÄŸam. Hüquqi çərçivÉ™dÉ™ cavab vermÉ™yÉ™ vÉ™ lazımi É™mÉ™kdaÅŸlığı göstÉ™rmÉ™yÉ™ hazıram.”
Anadolu Respublika Baş Prokurorluğunun apardığı narkotik əməliyyatı çərçivəsində saxlanılan və aralarında məşhur simaların da olduğu 11 nəfər jandarma idarəsində ifadə verdikdən sonra sərbəst buraxılmışdı.
Xaricdə olduqları üçün daha 9 şübhəli barəsində axtarış qərarı verilmişdi. Həmin şəxslərin Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca və Nisa Bölükbaşı olduğu bildirilmişdi.
Bizim.Media