EN

ABŞ qoşunlarının Qrenlandiyada olması mənasızdır: Baha başa gəlir

Əlavə Amerika qoşunlarının Qrenlandiyaya daimi yerləşdirilməsi əsassız və baha başa gəlir.

Publika.az xəbər verir ki, bunu "Politico"ya NATO-nun keçmiş baş katibinin müavini Rouz Qottemoller bildirib.

Onun sözlərinə görə, adada hərbi kontingent saxlamaq baha başa gəlir və mövcud vəziyyətə uyğun deyil.

Məlumata görə, bəzi rəsmilər hesab edirlər ki, əlavə maliyyələşdirmə və Qrenlandiyaya avadanlıqların yerləşdirilməsi NATO birliyini gücləndirmək üçün güzəşt tədbiri ola bilər.

Qeyd olunur ki, görüləcək tədbirlərə təyyarələrin və dəniz patrullarının yerləşdirilməsi, "Arctic Sentinel" missiyasının genişləndirilməsi və daimi komandanlıq mərkəzinin yaradılması daxildir.

Chosen
8
publika.az

1Sources