ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncə şəhərində çayxanalardan birində halı pisləşən şəxs vəfat edib.
Moderator.az xəbər verir ki, 1957-ci il təvəllüdlü Zaur Cəfərovun anidən halı pisləşib. O, təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılsa da vəfat edib. Hələlik onun ölüm səbəbi bilinmir. 69 yaşlı şəxsin Gəncə şəhərində ev alqı-satqısı ilə məşğul olduğu deyilir.
Faktla bağlı araşdırma başlanılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.