Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Almaniya NATO Hərbi Komitəsinin sədri vəzifəsinə Baş Qərargah rəisi Karsten Breueri namizəd göstərib.
Turkustan.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin toplantısından əvvəl mətbuata açıqlama verib.
Pistorius bildirib ki, NATO Hərbi Komitəsinin sədri sentyabr ayında seçiləcək. “Almaniyanın bu komitə üçün Baş Qərargah rəisi Karsten Breuer kimi güclü namizədinin olmasından çox məmnunam”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, Breuer son illərdə Almaniyanın müdafiə qabiliyyətinin artırılmasına mühüm töhfələr verib. Pistoriusun sözlərinə görə, Breuer xüsusilə Avropadakı təhlükəsizlik mühiti ilə bağlı analitik qabiliyyəti və uzaqgörənliyi ilə seçilir və bu səbəbdən də geniş dəstəyə malikdir.
Nazir əlavə edib ki, Breuerin namizədliyinin irəli sürülməsi məsələsində Almaniya kansleri Fridrix Merz və xarici işlər naziri Yohann Vadeful ilə qısa müddətdə razılıq əldə olunub.
Pistorius bildirib ki, bugünkü görüşdə və NATO Zirvəsinə qədər olan müddətdə alyansın “360 dərəcə yanaşması” müzakirə ediləcək. “Radar sistemlərimizi NATO çərçivəsində bütün istiqamətlərə yönəltməyin vaxtıdır”, – deyə o qeyd edib.
Bununla yanaşı, nazir vurğulayıb ki, bu yanaşma həyata keçirilərkən alyansın əsas diqqət mərkəzinin şərq cinahı olduğu unudulmamalıdır.
Pistorius həmçinin Rusiyanın Arktika da daxil olmaqla dünyanın müxtəlif bölgələrində fəallıq göstərdiyini iddia edib və Yüksək Şimal regionunun xüsusi əhəmiyyət daşıdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.