EN

“Lufthansa”da tətil - Almaniyada uçuşlar təxirə salındı

Almaniyanın Lufthansa aviaşirkətində pilotların və stüardessaların tətili Frankfurt, Berlin, Hamburq və Düsseldorf hava limanlarında genişmiqyaslı uçuşların ləğvinə səbəb olub. Lakin Münhendə əksər uçuşlar cədvəl üzrə yola düşüb.

Herbiand.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Lufthansa pilotları və stüardessalar 24 saatlıq tətil elan etdilər. Şirkət həmkarlar ittifaqının bu qərarını tənqid edən bəyanat yayıb və bunun "sərnişinlərə çox ciddi və qeyri-mütənasib təsir göstərdiyini" bildirib.

Tətilin cümə günü başlayacaq Münhen Təhlükəsizlik Konfransı ərəfəsində keçirilməsi birmənalı qarşılanmayıb.

Chosen
9
herbiand.az

1Sources