Ukrayna Silahlı Qüvvələrinin (UAH) nəhəng pilotsuz uçuş aparatlarının (PUA) zərbəsindən sonra Komi Respublikasındakı neft emalı zavodunda yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru vəzifəsini icra edən Rostislav Qoldşteyn “Telegram”da məlumat verib.
Rusiyanın bu Arktika bölgəsinin rəhbərinin sözlərinə görə, Uxta şəhərində neft emalı zavodunda yanğın baş verib. "Təcili yardım xidmətləri hadisə yerində işləyir. İlkin məlumata görə, itki yoxdur", - deyə Qoldşteyn hücumun nəticələri barədə bildirib.
Arktika bölgəsinə ehtimal ki, "Lyutı" tipli ağır kamikaze dronları hücum edib. Ukraynanın Poltava və Çerniqov vilayətlərindən buraxılan dronlar təxminən iki min kilometr məsafə qət edib.