EN

bp "Şahdəniz 2" layihəsi çərçivəsində qazılmış quyuların sayını açıqladı

Bakı. Trend:

Ümumilikdə "Şahdəniz 2" layihəsi çərçivəsində 23 quyuqazılıb.

Trend bu barədəbp-yə istinadən xəbər verir.

Dördüncü rüb ərzində "Şahdəniz Alfa" platforması qazmaqurğusunun yenidən aktivləşdirilməsini tamamlayıb və "ŞahdənizAlfa" quyularında bir sıra əlavə perforasiya işlərinə başlayıb.

"İstiqlal" və "Heydər Əliyev" qazma qurğuları "Şahdəniz 2"layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rübərzində "İstiqlal" qazma qurğusu "SDG03" quyusunda əlavəperforasiya işləri həyata keçirib və qərb cinahında "SDD05"quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərinəbaşlayıb. "Heydər Əliyev" qazma qurğusu isə şərq-şimal cinahında"SDH05" quyusunun qazma işlərini davam etdirib.

Ümumilikdə "Şahdəniz 2" çərçivəsində qazılan quyulara yatağınşimal cinahında beş, qərb cinahında beş, şərq-cənub cinahında dörd,qərb-cənub cinahında beş və şərq-şimal cinahında dörd quyudaxildir.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündətəxminən 77 milyon (ildə təqribən 28 milyard) standartkubmetrdir.

"Şahdəniz"də iştirak payları belədir: bp (operator – 29,99%),LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO(10,00%), MVM (5,00%).

Məqalədə:
Chosen
100
az.trend.az

1Sources