Bütün ermənilərin katolikosunun qardaşı oğlu ev dustaqlığına buraxıldı
İnterpress.az xəbər verir ki, bu barədə vəkil Zoqrabyan məlumat yayıb.
Bütün ermənilərin katolikosunun qardaşı oğlu olan yepiskop Proşyan istintaq təcridxanasından ev dustaqlığına köçürülüb. Vəkilin verdiyi məlumata görə, ruhani barəsində seçilmiş həbs qətimkan tədbiri daha yüngülü ilə əvəzlənib.
Qeyd edək ki, yepiskop Proşyan 2025-ci ilin oktyabr ayında saxlanılmışdı. Cari ilin yanvar ayının sonunda onun həbs müddəti daha bir ay uzadılsa da, son qərarla o, istintaq prosesini evində davam etdirəcək.
Xuraman Etibarlı
İnterpress.az