EN

İrandan sonra Türkiyəni yox edəcəyik Makqreqor

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrandan sonra ABŞ-nin hədəfi Türkiyədir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

“İran uğurla məhv edildikdən sonra diqqət Türkiyənin məhv edilməsinə yönələcək. Qaçılmaz olaraq Türkiyə İsraillə üz-üzə gələcək, bu, çox güman ki, Suriyada baş verəcək”, - polkovnik bildirib.

Makqreqor Türkiyənin İrandan daha güclü olduğunu vurğulayıb:

“Türkiyə bir çox cəhətdən İrandan üstündür. Onun real donanması var. NATO-nun ən güclü ordularından birinə sahibdir. Növbəti addım Türkiyəni məhv etməkdir. Odur ki, özümüzü aldatmayaq, məsələ bundan ibarətdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
73
3
axar.az

4Sources