Fevralın 12-də elm və təhsil naziri Emin Əmrullayev İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmy ilə görüşüb.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.