EN

Fuad Qəhrəmanlı “Milyarderlər İttifaqı”ndan pulları belə alıb - VİDEO

Fuad Qəhrəmanlı “Milyarderlər İttifaqı”ndan pulları belə alıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zahid və başqalarının cinayət əməlləri ilə bağlı yaydığı geniş videomaterial ciddi məqamlara diqqət çəkib.

“Milyarderlər İttifaqı” tərəfindən Milli Şura yaradıldıqdan sonra Şura üzvlərinin Ramiz Mehdiyev və Abbas Abbasovdan maddi vəsaitlər əldə edilməsi faktları ifşa olunub.

DTX tərəfindən yayımlanan videoda AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının vəsaitləri necə qəbul etməsi görüntüləri təqdim edilib. Qeyd edək ki, F.Qəhrəmanlı da cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.

Chosen
97
2
afn.az

10Sources