EN

Lotereya qalibi uduşu vaxtında götürmədiyi üçün qazancını itirdi

Böyük Britaniyanın EuroMillions lotereyasının qalibi 1 milyon funt sterlinq məbləğində uduşunu götürməyib. Uduş məbləğinin son götürülmə tarixi fevralın 11-də bitib.

Herbiand.az bildirir ki, bu barədə The Independent qəzeti xəbər verib.

Məlumata görə, naməlum qalib uduş biletini 15 avqust 2025-ci ildə Birminhem şəhərində alıb. Mükafatı tələb etmək üçün qalib 11 fevral gecə yarısına qədər məntəqəyə gəlməli idi. Lakin, əgər qalib uduşun götürülməsi üçün qoyulan son tarixə qədər pulu götürməsə, bütün məbləği itirir.

Götürülməyən vəsait, hesablanmış faizlərlə birlikdə Böyük Britaniyadakı Milli Lotereya layihələrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Bəxtiyar CƏFƏRLİ

Chosen
50
herbiand.az

1Sources