EN

İndikilər efiri öldürür

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Televiziya çox məsuliyyətli idi, diqqət, iman, vicdan və savad tələb edirdi. Biz o qədər diqqətli olub, hörmətlə yanaşırdıq ki... Qorxurduq... Bu gün isə o deyil. Məni düzgün anlayın".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Günə bax" verilişində deyib. Müğənni verilişlərdən, oradakı qalmaqallardan şikayətlənib:

"Bu gün Heydər Əliyev adına Saray da bizdən diqqət tələb edir. Bura başqa sarayların tayı deyil. Televiziya da vaxtında bizi sıxıb suyumuzu çıxarırdı. Efirə canlı ifa ilə çıxırdıq. Məsuliyyət bizi öldürürdü. İndi efirə çıxanları məsuliyyəti yoxdur. Onlar efiri öldürür".

E.Abdullayeva uzun müddətdir efirə çıxmamasının səbəbini açıqlayıb:

"Qorxacaq yerim yoxdur. Efirdə balacalar elə oyun oynayırsa, böyüklər yoldan çıxıb. Efirdə bir-biri ilə necə savaşırlar? Hər şey telefondadır, televizora baxmağa ehtiyac yoxdu. Hamısına telefonda baxırıq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
53
axsam.az

1Sources