EN

Novella Cəfəroğlu: “Kim Azərbaycanda çevriliş etmək istəyirsə, o, Azərbaycanın birinci düşmənidir”

“Ramiz Mehdiyev,  Abbas  Abbasov, Əli Kərimli və qeyriləri barədə məlumatı çox gec yaydılar. Gərək onları həbs edən kimi məlumatı yayardılar. Onlar barədə materiallar, yəqin ki, çoxdan yığılıb, sadəcə, indi ictimaiyyətə çıxarırlar. Gərək vaxtında verərdilər ki, hamı bilərdi, kim kimdir. Millətin bilməsi vacib idi ki, Azərbaycanda hansı qrup Rusiyaya işləyir. Neçə illərdir, rusun əlinin altında olanlar, torpaqlarımızı rus tərəfindən erməniyə verənlər - bunu vurğulamaq çox vacibdir... Çünki bu insanlar tutulanda hamı hay-küy qaldırır, çox açıqlamalar verirlər. Heç birini vecimizə almamalıyıq. Millət bilməlidir ki, kim nədir. Biləndən sonra nə qədər kənardan danışırlar, danışsınlar. İçəridə birliyimizi dağıtmaq istəyənləri aşkar etmək lazımdır ki, bilinsin, bunlar nə istəyirlər, kimin əli ilə işləyirlər. Hər şey rusların əli ilə olur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

N.Cəfəroğlu bildirib ki, kim Azərbaycanda çevriliş etmək istəyirsə, o, Azərbaycanın düşmənidir: “Bunu araşdırıb üzə çıxarmaq birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) işidir. Həmişə DTX-nin işinə inanırdım. Faktların açılması bir daha göstərdi ki, Əli Nağıyev çox gözəl işlədiyi üçün xaricdə oturan blogerlər onun əleyhinə çıxışlar edirlər. Azərbaycanı bu gün qoruyan üç sistem var: DTX - Əli Nağıyevin komandası, Daxili İşlər Nazirliyi və Azərbaycan Silahlı Qüvvələri. Bunların heç birinə dəymək olmaz. DTX-nin gördüyü iş çox vacib idi”.

 

Aytəkin Qardaşova

Tarix: 12 Fevral 2026, 16:01   
Chosen
90
pravda.az

1Sources