ain.az bildirir, Idman.biz portalına istinadən.
Martın 9-dan 13-dək Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli komandaların Təlim-Məşq Mərkəzində dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
İdman.Biz xəbər verir ki, Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, seminar və imtahan cüdo məşqçiləri üçün açıq olacaq.
Namizədlərin 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olması tələb edilir.
Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.