EN

Prezidentin "Tərəqqi" medalı ilə təltif etdiyi şəxs kimdir? -

Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Pərviz Sədrətdinov "Tərəqqi" medalı ilə təltif olunub.Metbuat.az Pərviz Sədrətdinovun dosyesini təqdim edir: O, 1982-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Neft mexanika” ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin Boğaziçi Universitetində davam etdirib və 2021-ci ildə məzun olub. P.Sədrətdinov uzun illər bank sektorunda mətbuat və ictimaiyyətlə əlaqələr istiqamətində fəaliyyət göstərib.
Peşəkar karyerasına PR sahəsində başlayaraq qısa müddətdə bu istiqamətdə tanınan simalardan birinə çevrilib. 2011–2014-cü illərdə “DəmirBank”da, daha sonra 2014–2016-cı illərdə “Expressbank”ın mətbuat katibi vəzifəsini tutub. 2016-cı ildə isə Kapital Bankın mətbuat xidmətinin rəhbəri təyin olunub. O, bu vəzifədə təxminən yeddi il fəaliyyət göstərib. 2023-cü ilin iyulunda bank sektorundakı vəzifəsindən ayrıldığını açıqlayıb. Həmin il dövlət sektorunda fəaliyyətə başlayıb. Hazırda Pərviz Sədrətdinov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
104
metbuat.az

1Sources