Sumqayıt şəhərində küçədə 66 yaşlı kişi ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Belə ki, 66 yaşlı Fazil Baba oğlu Ağayevin səhhəti qəfil pisləşib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası kişinin həyatını xilas edə bilməyib.
Onun hadisə yerində dünyasını dəyişdiyi müəyyən olunub.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.