EN

Yadplanetlilər, diqqətli olun: Mask süni intellekt katapultları hazırlayır

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

“Bəlkə də milyonlarla ildir mövcud olan sivilizasiyaları görəcəyik və qədim yadplanetli sivilizasiyaların qalıqlarını tapacağıq”

“Aya kütləvi uçuşdan, sonra Marsa uçuşdan, Günəş sistemimiz boyunca səyahətdən və nəticədə digər ulduz sistemlərinə uçuşdan daha iddialı bir şey təsəvvür edə bilmirəm. Bəlkə də yadplanetlilərlə qarşılaşacağıq. Bəlkə də milyonlarla ildir mövcud olan sivilizasiyaları görəcəyik və qədim yadplanetli sivilizasiyaların qalıqlarını tapacağıq”. AYNA.AZ xəbər verir ki, bu sözləri amerikalı milyarder, sahibkar İlon Mask “X”da yerləşdirilən çıxışında bildirib.

İş adamının sözlərinə görə, buna nail olmaq üçün Ayda şəhərlər yaratmaqla yanaşı, kosmosun öyrənilməsi üçün süni intellektlə peyklər buraxacaq. Maskın "katapultlar" adlandırdığı xüsusi buraxılış meydançaları qurmaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
ayna.az

1Sources