EN

Bu şəxslərin müavinəti ARTIRILDI - Tam ÖDƏNİLƏCƏK

"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət bundan sonra işçilərə tam həcmdə veriləcək".

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsi müdirinin müavini Emil Əliyev DOST TV-yə müsahibəsində deyib.

"Bildiyiniz kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət tam şəkildə ödənilirmirdi. Çünki orada sığorta stajı tələbi var idi. Məlumdur ki, 8 il sığorta stajı olana biz 60% ödəniş edirdik. 8-12 il sığorta stajı olana 80% və 12 ildən yuxarı, həmçinin müəyyən kateqoriyadan olan şəxslərə 100% miqdarında ödəniş olunurdu" , - Emil Əliyev bildirib.

O qeyd edib ki, yeni dəyişikliyə əsasən, sığorta stajı və ya hər hansı statusdan aslı olmayaraq, müavinətin məbləği vətəndaşa tam şəkildə - 100% ödəniləcək.

Chosen
85
8
day.az

9Sources