EN

Ölkədə qaz istehlakı niyə azalıb? ““Azərenerji” hətta pozitiv məlumatları belə açıqlamır...”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

SOCAR-ın ictimailəşdirdiyi məlumata görə, Azərbaycanda 2025-ci ildə qazın istehlakı 13,24 milyard kubmetr təşkil edib.

Ölkədə təbii qaz istehlakı 2024-cü illə müqayisədə 3,1 % azalıb. Bəs niyə qaz istehlakı azalıb?

İqtisadç İlham Şaban bunu SOCAR-ın idarəetməsinə keçdikdən sonraistilik-elektrik stansiyalarında qazdan daha az istifadə olunması ilə izah edib: “Onu qeyd edim ki, əvvəllər Azərbaycanda energetik məqsədlər üçün 5-5,5 mlrd kub metr qaz yandırılırdı.

Ölkəmizdə "yaşıl enerji" mənbəli stansiyalardan elektrikin artması ilə (ötən il təqribən 3,67 mlrd kVt/saat) təbii ki, qazdan istilik-elektrik stansiyalarının istifadəsi də azalıb.

Baxın, burda hökmən vacidbir bilək ki, "Azərenerji" ASC nə qədər qaz istehlak edib və 2024-cü illə müqayisədə nə qədər ənənəvi enerji istifarəsində qənaətə nail olub!”

Ekspert təəssüflə qeyd edir ki, nə Azərbaycan hökuməti, nə qaz satan, nə də qaz alan “Azərenerji” ASC bu məlumatı ictimailəşdirmir. Baxmayaraq ki, "Azərenerji" ASC ölkə daxilində illər boyu ən böyük qaz istehlakçısı statusunda çıxış edir.

İ.Şaban vurğulayır ki, adıçəkilən qurum hətta pozitiv xəbəri belə bölüşmür.

“Bunu izah etməyə çətinlik çəkirəm, amma etsəydilər, bunu eyni zamanda Avropa Komissiyasında, Avropa Parlamentində və sair Qərb qurumlarında bizim "təmiz qaz" ixracı həcmlərinə şəkk-şübhə ilə yanaşanlara tutarlı cavab vermiş olardılar.

Baxaq görək, Azərbaycanda 2025-ci ilin yekunlarına görə "Azəriqaz" İB istehlakçı qrupları üzrə (sənaye, əhali, kommersiya və dövlət qurumları) qazın satışı, yığımı və texniki itkilərinə dair nə zaman məlumat verəcək və ya ümumiyyətlə, planında belə bir məsələ varmı?”, - İ.Şaban sual edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
azpolitika.info

2Sources