Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Poliqon” xəbər verir ki, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə SHXÇDX-nin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:
“Vətən uğrunda” medalı ilə
Qarayev Natiq Sahib oğlu – general-mayor
Cəfərov Elməddin Qulu oğlu – polkovnik
Quliyev İslam Ramiz oğlu – polkovnik
“Hərbi xidmətlərə görə” medalı ilə
Hidayev Əziz Şahmurad oğlu – polkovnik
Abbasov Hikmət Zahid oğlu – mayor
Əliyeva Samirə Təşkilat qızı – mayor
“Tərəqqi” medalı ilə
Sədrətdinov Pərviz Həsən oğlu.