EN

Həkim meteohəssaslığın səbəbləriniAÇIQLADI

Terapevt Yelena Moroşkina bəzi insanların hava dəyişikliklərinə niyə həssas reaksiya verdiyini, digərlərinin isə bunu hiss etmədiyini izah edib.

Redaktor.az xəbər verir ki o, meteohəssaslığın səbəblərini gazeta.ru-ya açıqlamasında bölüşüb.

Həkimin sözlərinə görə, meteohəssaslıq adətən birbaşa hava ilə deyil, insanın ümumi sağlamlıq vəziyyəti ilə bağlıdır. Atmosfer təzyiqi və temperatur dəyişikliklərinə ən həssas şəxslər ürək-damar, sinir, tənəffüs və dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkənlərdir.

Terapevt bildirib ki, meteohəssaslıq müxtəlif formalarda özünü göstərə bilər. Bəzi insanlar halsızlıq, iştahanın azalması və baş ağrısı hiss edir. Digərlərində isə başgicəllənmə, qulaqlarda küy, arterial təzyiqin dəyişməsi, ürək döyüntüsünün artması və ya oynaq ağrıları müşahidə olunur.

Bundan əlavə, həkim qeyd edib ki, hava dəyişiklikləri xroniki xəstəliklərin kəskinləşməsinə də səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Chosen
149
redaktor.az

1Sources