EN

Başçının sabiq birinci müavini niyə döyülüb?

Samux Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tahir Qarayevə xəsarətlər yetirərək xuliqanlıq hərəkətlərinə yol verən şəxsin məhkəmə prosesi başa çatıb.
BUTA.TVTeleqraf-a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, hadisədə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samux rayonu Lək kənd sakini Fərhad Quliyev (soyad şərtidir) 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Məlum olub ki, münaqişə icra başçısının birinci müavininin təqsirləndirilən şəxsə nömrəsini verməməsindən sonra başlayıb. F.Quliyev yaşanan gərginlik zamanı İcra Hakimiyyətinə məxsus “HAVAL” markalı avtomobilin ön şüşəsini də sındıraraq Samux RİH-ə 350 manat ziyan vurub. Hadisə zamanı Tahir Qarayev sol saidin əzilmiş yarası, bilək nahiyyəsinin hematoması xəsarətləri alıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, yaşadığı Samux rayonu Lək kəndində yerləşən evində qaz problemi olduğundan o, Samux Rayon İcra Hakimiyyətinə müraciət edib. Belə ki, küçəyə qaz xətti çəkilsə də, onların evlərinə qaz çəkilməyib. Bundan başqada o, icra başçısından yaşadığı ev üçün qaz peçi istəyib. İcra hakimiyyətindən ona qaz peçi veriləcəyi ilə bağlı söz verilsə də, buna əməl olunmayıb. Zərərçəkmiş T.Qarayev məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona yüngül cəza verilməsini istəyib. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olub. Qeyd edək ki, T.Qarayev ötən ilin dekabrında vəzifəsindən ayrılıb. Onun vəzifəsindən azad olunmasına səbəb kimi səhhətində yaranan problemlər göstərilib.

Onu da əlavə edək ki, Samuxun icra başçısı Firdovsi Əliyevdir.

Chosen
6
6
buta.tv

7Sources