EN

ABŞ Venesuelaya tətbiq olunan “neft blokadasını” dayandırdığınıaçıqladı

ABŞ hakimiyyəti Venesuelaya qarşı tətbiq edilən neft blokadasının başa çatdığını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt Bloomberg agentliyinə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Çinin ABŞ vasitəsilə Venesuela neftini alması ilə faktiki olaraq “neft karantini” sona çatıb.

Kris Rayt həmçinin qeyd edib ki, Çin şirkətlərinin Venesuelanın neft sektorunda iştirakı mümkündür. O vurğulayıb ki, bu, “Çinlə qanuni əsaslarla və dürüst biznes çərçivəsində əməkdaşlıq” şərti ilə həyata keçirilə bilər.

Nuriyyə NATİQQIZI

Chosen
18
1
redaktor.az

2Sources